Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının 250 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. FED.az xəbər verir ki, notların tədavül müddəti 28 gündür.
Hərraca 13 investor qiyməti 98,8627 manat (14,79%) və 98,93 manat (13,91%) olan 15 sifariş təqdim edib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 290 961 700 manat olub.
Mərkəzi Bankın qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98,8848 (14,5%), orta ölçülmüş qiyməti 98,8895 manat (14,44%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 250 milyon manat təşkil edib.