20 sentyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50202276S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, Bakı Fond Birjasınnın yaydığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 97.8314 AZN (9.50%) və 98.6195 AZN (6.00%) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 milyon 592 min 200 manat olub.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.6111 AZN (6.04%), orta ölçülmüş qiyməti 98.6127 AZN (6.03%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.