FED.az xəbər verir ki, 15.10.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 193,6 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir.
Xatırladaq ki, bank 14 gün ərzində 350 mln manat cəlb edib, başqa sözlə bu tələbdən 3,4 dəfə az olub.
Mərkəzi Bankın keçirdiyi hərracın nəticəsi məlum olub
12:42
15 Okt 2018