Mərkəzi Bankda qadınların təşkilat daxili təmsilçiliyində artım müşahidə olunur və bu, gender balansının təmin edilməsi istiqamətində önəmli addımların atıldığını göstərir.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi “Dayanıqlı Maliyyə Hesabatı - 2024”b buraxılışına istinadən xəbər verir.
2024-cü ildə İdarə Heyətində ilk dəfə qadın təmsilçiliyi təmin olunub, habelə digər rəhbər strukturlarda qadınların payı artıb. Belə ki, baş direktor və şöbə rəhbəri səviyyəsində qadınların payı artıb, ümumi işçi sayında isə 37.1%-ə çatıb .