Beynəlxalıq Valyuta Fondu (BVF) 2018-2019-cu illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
BVF-nin Orta Şərq, Şimali Afrika ölkələri, Əfqanıstan və Pakistan üzrə yenilənmiş regional icmalında əks olunan proqnozlara görə, 2018-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $6,5 mlrd. təşkil edəcək.
2019-cu ildə bankın ehtiyatları $7 mlrd.-a qədər artacaq.
31 mart 2018-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları $5,5 mlrd. təşkil edir.