Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il fevralın 1-nə 6 262,2 mln. manat təşkil edib.
FED.az AMB-yə istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 543,7 mln. manat və yaxud 9,5% çoxdur.
Son 1 ildə isə AMB-nin banklara və BOKT-lara tələbi 571,1 mln. manat və yaxud 8,36% azalıb.
İndiyə qədər bankların AMB-yə öhdəliklərinin maksimal həddi 2016-cı ilin oktyabr ayında qeydə alınıb və 7 507 mln. manat təşkil edib. 2017- ci ilin dekabr ayında kommersiya banklarının AMB-ə və xarici öhdəlikləri 1 023,2 mln. manat azalıb. Lakin, yanvar ayında yenidən artıb. Bu da ilin sonunda açıq mövqelərin bağlanması ilə əlaqədar ola bilər.