Mərkəzi Bankın rəhbərliyində təmsil olunan 3 rəhbər şəxs işdən azad edilib.
Mərkəzi Bankdan FED.az-a bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin sabiq üzvləri Alim Quliyev və Vadim Xubanov səlahiyyət müddətinin bitməsi, Aftandil Babayev isə təqaüdə çıxması ilə əlaqədar olaraq işdən ayrılmışdır.
«Mərkəzi Bankın rəhbərliyi və kollektivi bank sektorunda uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə onlara minnətdarlığını bildirir»-deyə AMB-dən bildirilib.