Bu günlərdə Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrlərini müzakrə edəcəkdir.
FED.az xəbər verir ki, Mərkəzi Bank Fevral ayında bəyan etmişdi ki, faiz dəhlizinin parametrləri növbəti dəfə 2018-ci ilin aprel ayında müzakirə ediləcəkdir.
Eləcə də bax: Mərkəzi Bank geri çəkilir - UÇOT DƏRƏCƏSİ YENƏ DÜŞƏCƏK
Aprel ayının 9-da Mərkəzi Bankın sədri Elman Rüstəmovun mətbuat konfransı keçirəcəyi gözlənilir. Mətbuat konfransıda Mərkəzi Bank faiz qərarlarını açıqlayacaqdır.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti 12 fevral 2018-ci il tarixində uçot dərəcəsinin 15%-dən 13%-ə, faiz dəhlizinin yuxarı həddinin 18%-dən 16%-ə, aşağı həddinin isə 10%-dən 8%-ə endirilməsi barədə qərar qəbul etmişdi.
Pozitiv meyillər davam etdiyindən Mərkəzi Bankın pul siyasətini daha da yumuşaldacağı (o cümlədən faizlər aşağı salına bilər) gözlənilir.