Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin olunub. Belə ki, Azərbaycan Mərkəzi Bankın Pul siyasəti Departamentinin şöbə rəisi Anar Paşacanov Dünya Bankının icraçı direktorunun müşaviri təyin olunub.
FED.AZ xəbər verir ki, o, fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (IMF) üzrə ölkəni təmsil edəcək.
Xatırladaq ki, A.Paşacanovun peşəkar fəaliyyətinin əsas hissəsi Azərbaycan Mərkəzi Bankı ilə bağlı olub. O, 2013-cü ildən Mərkəzi Bankın Pul Siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.
Qeyd edək ki, A. Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur.













