1 yanvar 2018-ci ilə Azərbaycan Mərkəzi Bankının (AMB) işçilərinin sayı azalıb. FED.az xəbər verir ki, həmin müddətə Mərkəzi Bankda çalışan işçilərin sayı 575 nəfərə düşüb.
Qeyd edək ki, 31 dekabr 2016-cı il tarixinə AMB-nin kadr heyətinin tərkibi 594 nəfərdən ibarət idi. Beləliklə, 2017-ci ildə AMB-nin işçilərinin sayı 19 nəfər azalıb.