Azərbaycan Mərkəzi Bankına (AMB) “Korporativ İdarəetmə Standartları” ilə bağlı yeni layihə təqdim edilib.
Azərbaycan bankları Türkiyəyə ianələrlə bağlı - Komissiya Haqqını Ləğv Edib
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyası (ABA) məlumat yayıb.
Belə ki, ABA-nın nəzdində fəaliyyət göstərən Hüquqi məsələlər üzrə ekspert qrupunun növbəti onlayn iclası keçirilib. Görüşdə ekspert qrupunun bankların rəhbər şəxslərindən ibarət olan üzvləri iştirak edib.
Layihəyə dair ekspert qrupunun üzvləri tərəfindən təqdim edilmiş rəy və təkliflər müzakirə edilib, son layihənin Mərkəzi Banka təqdim edilməsi qərara alınıb.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Hazırda 25 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.