Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə 1 noyabr 2020-ci il tarixindən başlayaraq “Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereya keçiriləcək.
AMB-dən FED.az-a bildirilib ki, lotereyada məqsəd geniş əhali təbəqəsinin ödəniş kartlarından istifadəyə həvəsləndirmək, cəmiyyətdə nağdsız ödəniş vərdişlərinin formalaşdırılması və iqtisadiyyatda nağdsız dövriyyənin artırılmasıdır. Stimullaşdırıcı lotereya dövründə, yəni noyabrın 1-dən 30-dək Azərbaycan ərazisində emissiya edilmiş bütün növ ödəniş kartları ilə ölkədə fəaliyyət göstərən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminallarda minimum 5 manat məbləğində nağdsız əməliyyat aparan kart istifadəçiləri avtomatik olaraq kampaniyada iştirak hüququ əldə edəcəklər.
Amma kartla bəzi əməliyyatlar lotereyaya aid olmayacaq.
Bura:
• korporativ kartlarla aparılan əməliyyatlar;
• ləğv edilmiş (reversal) əməliyyatlar;
• istifadəçisi eyniləşdirilməyən kartlarla aparılan əməliyyatlar;
• elektron ticarət əməliyyatları.
Lotereya 11 dekabr 2020-ci il tarixində oynanılacaq.
Lotereyada ümumilikdə 900 nəfər qalib olacaq, hər bir qalib 100 manat qazanacaq. Bu pul kart sahibinin bank hesabına “cashback” şəklində daxil olunacaq və müştərilərə məlumat veriləcək.
https://fed.az/upload/others/lotereya%20sertleri-2.pdf