28.12.2018 tarixinə Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 5 milyard 622.5 milyon dollar təşkil edib.
FED.az xəbər verir ki, Noyabrın sonunda rəsmi valyuta ehtiyatları 5 milyard 590.9 milyon dollar təşkil etmişdi. Beləliklə, Dekabrda rəsmi valyuta ehtiyatları 31,6 milyon dollar artıb.
2018-ci ilin 12 ayı ərzindəki artım isə 287,9 milyon dollar təşkil edib. 2017-ci ilin sonunda ehtiyatlar 5 milyard 334,6 milyon dollara çatmışdı.
Milyon dollarla
28/12/2018 5622.5
30/11/2018 5590.9
31/10/2018 5536.4
28/09/2018 5534.5
31/08/2018 5503.5
31/07/2018 5546.9
29/06/2018 5512.7
31/05/2018 5471.4
30/04/2018 5465.8
30/03/2018 5508.0
28/02/2018 5387.3
31/01/2018 5381.2