Profisitli tədiyə balansı şəraitində strateji valyuta ehtiyatları ilin əvvəlindən 13.7% artaraq 50.9 milyard dollara çatmışdır ki, bu da Ümumi Daxili Məhsulu üstələyir.
FED.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Mərkəzi Bankının 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd olunur.
Eləcə də bax:Mərkəzi Bankdan 2020-ci il üçün - BƏYANAT
Bəyanatda həmçinin o da vurğulanır ki, cari ildə tarixdə ilk dəfə Dövlət Neft Fondunun aktivləri 40 mlrd. dolları ötmüşdür. Mərkəzi Bankın valyuta ehtiyatları 2019-cu ilin ötən dövründə 11% artaraq 6.2 milyard dolları üstələmişdir.