Azərbaycan Respublikasının Mərkəzi Bankı öz əməkdaşlarının tibbi sığortalanması üzrə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron satınalma keçirir.
FED.az xəbər verir ki, tender proseduru 02 oktyabr 2019-cu il tarixində saat 12:00-da Dövlət satınalmalarının vahid internet portalında keçiriləcəkdir.
Eləcə də bax: Mərkəzi Bank "Qala Sığorta"nı - SEÇDİ
Maraqlı şəxslər tenderdə iştirak etmək üçün portal vasitəsilə elektron elanla tanış ola və 300 (üç yüz) manat məbləğində iştirak haqqı ödəməklə iddiaçı qismində qeydiyyatdan keçərək tenderin Əsas şərtlər toplusunu əldə edə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli, 556 nömrəli Qərarı ilə müəyyən edilmiş bölgü meyarlarına görə iri sahibkarlıq subyektlərinə aid olan sığorta şirkətlərinin elektron satınalmada iştirakına yol verilmir.