Azərbaycan Mərkəzi Bankı inzibati binalarında quraşdırılmış darvazalar üçün avtomatik qolların satın alınması məqsədilə keçirilən kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, satınalma komissiyasının 1 iyul 2020-ci il tarixli qərarına əsasən fiziki şəxs Nağıyev Mərifət Hafiz oğlu kotirovkanın qalibi elan edilib. Qalib şəxslə müvafiq satınalma müqaviləsi imzalanıb.