Azərbaycan Mərkəzi Bankı ölkədə ciddi qiymə artımı gözləmir. FED.az xəbər verir ki, bu AMB-nin uçot dərəcəsinin endirilməsi ilə bağlı açıqlamasında bildirilir.
Açıqlamada inflyasiya prosesləri və gözləntilərinə toxunan ABM bildirir ki, bu il qiymət artımı böyük deyil:
«Cari ilin yanvar-fevral aylarında (fevral ötən ilin dekabrına nəzərən) inflyasiya 0.8% təşkil etmişdir. O cümlədən, qiymətlərin ümumi səviyyəsi ərzaq məhsulları üzrə 2.1% və qeyri-ərzaq məhsulları üzrə 0.2% artmış, xidmətlər üzrə isə 0.6% aşağı düşmüşdür».
ABM bildirir ki, ərzaq qiymətləri əsasən mövsümi amillərdən təsirlənib: «Yanvar-fevral aylarında istehlak səbətinə daxil olan məhsulların 15%-nin qiyməti dəyişməmiş, 16%-nin qiyməti aşağı düşmüşdür. Bahalaşan məhsulların 85%-nin qiymət artımı 2%-dən aşağı olmuşdur».
Eləcə də bax: Mərkəzi Bank uçot dərəcəsini dəyişdi – RƏSMİ AÇIQLAMA - TƏCİLİ
2019-cu ilin fevral ayında 12 aylıq inflyasiya 2.1% olmuşdur ki, bu da hədəf diapozonunun aşağı həddinə yaxındır. Orta illik inflyasiya isə yanvar-fevral aylarında 1.9% təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə (4.7%) müqayisədə 2.8 faiz bəndi azdır.
AMB-nin İdarə Heyətinin pul siyasətinə dair sonuncu toplantısından keçən dövr ərzində də biznes sektorunun inflyasiya gözləntilərində əhəmiyyətli dəyişiklik olmyıb: «Mərkəzi Bankın həyata keçirdiyi real sektorun monitorinqinin nəticələrinə əsasən son 2 ayda qiymət gözləntiləri ticarətdə, qeyri-neft emal sənayesində və tikintidə azalmış, xidmət sektorunda isə artmışdır. Ev təsərrüfatları arasında inflyasiya tempinin yüksələcəyini gözləyən respondentlərin payında artım qeydə alınmamışdır».