Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcəkdir.
FED.az xəbər verir ki, 27 mart 2018-ci il tarixində keçiriləcək hərrac ilə 200 milyon manat cəlb edilməsi nəzərdə tutulur.
Müddət 14 gün, faiz dərəcəsi: 8,01% – 12,99% aralığında müəyyən olunub.
Xəbər verdiyimiz kimi, 19.03.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 1 milyard 9,98 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir.