Mərkəzi Bank Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
12:5527 Okt 2022
27 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Mərkəzi Bankın AZ2024024708 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 252 gün notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı 95.9652 (6.01%) manat və 96.8936 (4.58%) manat olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 63 841 800 manat olub.
ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 96.8477 (4.65%) manat və orta ölçülmüş qiyməti 96.8601 (4.63%) manat olaraq müəyyən edilib.
Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil edib.
Notların ödəmə tarixi 06.07.2023-cü ildir
Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.