Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50200853S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 50 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 35 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
BFB-dan FED.az verilən məlumata görə, hərrac zamanı 4 investor tərəfindən 4 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 12,375,600.00 AZN təşkil etmişdir.
Sifarişlər 98.5632 AZN (14.9939%) və 99.7500 AZN (13.0198%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 98.5632 AZN (14.9939%), orta ölçülmüş qiyməti – 98.5789 AZN (14.8277%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 22.02.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 12,375,600.00 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 29.03.2017-ci ildir.