Bu gün yanvaın 15-də Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirib. FED.az xəbər verir ki, hərracda depozitlərə tələb 318 milyon manat olub.
Xatırladaq ki, Mərkəzi Bank son hərracda 250 milyon manatı yığmağı planlaşdırmışdı. Beləliklə, tələb təklifdən 68 milyon manat çox olub.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,20% təşkil edib.
Mərkəzi Bank manatın hamısını yığa bilmədi - HƏRRAC
12:23
15 Yan 2018