Mərkəzi Bank lotereyada qalib gələnləri açıqladı – SİYAHI
Azərbaycan Mərkəzi Bankında (AMB) cari ilin 15 may tarixində Visa Beynəlxalq Xidmət Assosiasiyasının dəstəyi ilə həyata keçirilən, cari ilin mart və aprel aylarını əhatə edən “Visa kartları ilə ödəniş qazandırır!” adlı stimullaşdırıcı lotereyanın 2-ci tirajı oynanılıb.
FED.az xəbər verir ki, lotereya Mərkəzi Bankla Visa Beynəlxalq Xidmət Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində əhalini kartla ödənişlərə həvəsləndirmək, obyektlərdə nağdsız ödənişlərin artırılması və nağdsız dövriyyənin artırılması məqsədi daşıyıb.
Lotereyada Azərbaycan banklarının “Visa” kartları ilə ölkədəki obyektlərdə POS-terminallar vasitəsilə azı 5 manat nağdsız ödəniş edən hər bir kart istifadəçisi avtomatik olaraq lotereyada iştirak hüququ əldə edib. Bu dövrdə uduş məbləği 100 manat olmaqla, ümumilikdə 300 şəxs qalib olub.
I tiraj dövrünü əhatə edən mart ayında lotereya şərtlərinə uyğun olan 182 002 ödəniş kartı ilə aparılmış 867 690 əməliyyat, II tiraj dövrünü əhatə edən aprel ayında isə müvafiq olaraq 159 348 ödəniş kartı ilə aparılmış 762 029 əməliyyat lotereyada qalib olmaq şansı əldə edib.
Nəticə etibarilə, cari ilin mart-aprel ayları ərzində bütün ölkə üzrə ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların sayı 17.5 milyona, həcmi isə 977.3 milyon manata çatıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 71% və 39% artım deməkdir. Mərkəzi Bank tərəfindən nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində təbliğat və təşviqat tədbirləri davam etdiriləcəkdir.
“Visa kartları ilə ödəniş qazandırır!” adlı tirajlı stimullaşdırıcı lotereyanın qalibləri - SİYAHI