Azərbaycan Mərkəzi Bankı (AMB) “Ani Ödənişlər Sistemi”nin yaradılması üzrə açıq tender elan edir.
AMB-dən FED.az-a verilən xəbərə görə, tender “Ani Ödənişlər Sistemi”nə (AÖS) dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının təchizatı, quraşdırılması və sistemin yaradılması ilə bağlıdır.
İddiaçılar üçün tenderdə iştirak haqqı 300 manat məbləğindədir.
Tender təkliflərinin açılış proseduru aprel ayının 25-də AMB-nin inzibati binasında keçiriləcək.