Azərbaycan Mərkəzi Bankı bu gün, iyunun 20-də keçirilən depozit hərracına yekun vurub.
FED.az xəbər verir ki, Blumberq ticarət sistemində keçirilən hərracda 350 milyon manatlıq depozit cəlb edilməsi nəzərdə tutulurdu. Depozitin məbləği 12 gündür. AMB-nin məlumatına görə, depozit hərracında tələb 843,8 mln. Manat olub, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib.
Mərkəzi Bank, illik 8% – DEPOZİT HƏRRACI
12:09
20 İyun 2018