Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit növbəti depzoit hərracı elan edilib.
AMB-dən FED.az-a verilən xəbərə görə, 28 aprel tarixində keçiriləcək hərracda Mərkəzi Bank 250 000 000 (iki yüz əlli milyon) manat vəsait cəlb etməyi planlaşdırır.
Hərracın tarixi: 28 aprel 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: dolayı hərrac;
Məbləğ: 250 000 000 (iki yüz əlli milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 12,01%-14,99%.