Azərbaycan Mərkəzi Bankı ev təsərrüfatları arasında sorğu keçirməyi planlaşdırır.
Bu barədə FED.az-a agentliyinə AMB-dən məlumat verilib.
Bununla əlaqədar AMB sorğunun keçirilməsi üçün şirkət seçiminə dair tender elan edib.
Tenderin mövzusu - “Ev təsərrüfatlarının maliyyə davranışları və niyyətləri”dir.
Şərtlərə əsasən, podratçı 1 dekabr tarixində fəaliyyətə başlamalı və bir il ərzində xidmət göstərməlidir.
Tender təklifləri oktyabrın 31-dək qəbul olunacaq. Tender proseduru 1 noyabr tarixində baş tutacaq.
Tenderdə iştirak haqqı 150 manatdır.