Azərbaycan Mərkəzi Bankı depozit hərracında banklardan 15 milyon manat cəlb edib.
Bu haqda bankın saytında verilən məlumatda bildirilir.
Məlumatda qeyd olunur ki, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 15 milyon manat olub.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.