Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən növbəti səyyar görüş yanvarın 15-də Cəlilabad rayonunda keçiriləcək.
AMB-dən FED.az-a bildirilib ki, qeyd edilən tarixdə görüş Cəlilabad, Masallı, Lerik, Astara, Yardımlı inzibati rayonlarında yaşayan vətəndaşları əhatə edəcək.
Görüşdə Mərkəzi Bankın nümayəndələri tərəfindən vətəndaşların maliyyə xidmətləri ilə bağlı müraciətlərinin araşdırılması və cavablandırılması üzrə zəruri dəstək göstəriləcək.
Qeyd edək ki, görüşə dair müraciətləri Mərkəzi Bankın “966 Qaynar xətti” və +994 55 966 19 66 vatsap nömrəsi vasitəsilə ünvanlamaq mümkündür.