2020-ci ildə də manatın məzənnəsi öz dinamikasını qoruyacaq.
Eləcə də bax: "Manatın məzənnəsi belə davam edəcək"
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov yanvarın 10-da Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nümayəndələri, sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.
E.Rüstəmov bildirib ki, manatın məzənnəsinin dinamikası bu il də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq.