Ölkə banklarının bir neçəsi Mərkəzi Bankdan (AMB) aldığı kreditləri vaxtında qaytarmır. FED.az xəbər verir ki, 1 yanvar 2018-ci ilə AMB-dən götürülmüş və vaxtı keçmiş kredit portfelinin həcmi 208 milyon 337 min manat təşkil edir.
Mərkəzi Bankda aparılan auditin nəticələrinə görə, 2017-ci ildə Mərkəzi Bankın banklara verdiyi, dəyərsizləşmiş kreditlərin ümumi həcmi 783,534 min manatdır. Bu həcmdə kreditin 232 milyonunun vaxtında ödənilməməsi isə artıq bankların özünün də elə müştərilər kimi ödəmə qrafikinə səhlənkar yanaşdığını göstərir.
Audit hesabatına görə, vaxtı 30 gündən az keçmiş yenidən maliyyələşdirilmiş kreditlərin həcmi 203,843 manat, vaxtı 30-89 gün keçmiş kreditlərin həcmi 28 milyon 564 min manatdır.
İlhamə Abdullayeva
Mərkəzi Bank banklara verdiyi kreditləri vaxtında geri ala bilmir
12:56
2 May 2018