«Banklara tövsiyə etmişik ki, valyuta dəyişmədən diqqətli olsunlar və ölkənin sosial ehtiyaclarını ilk növbədə diqqətə alsınlar».
Eləcə də bax: Mərkəzi Bank banklara - «DOLLAR DƏYİŞMƏK TÖVSİYƏSİ»Nİ AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə AMB sədri Elman Rüstəmov bildirib. Qeyd edək ki, belə məlumat var ki, Mərkəzi Bank banklara tapşırıq verib ki, ölkədən dərman və ərzaqdan başqa xaricə pul çıxarılmasından başqa məqsədlə dollar konvertasiya etməsinlər. Elman Rüstəmov bildirib ki, qadağa yoxdur, amma banklara tövsiyyə edilib ki, kreditləşmə siyasətində ilk növbədə ölkənin sosial əhəmiyyətli sosial və ərzaq və dərmanla təchizatını nəzər alsınlar və üstünlük versinlər.
AMB rəhbəri bildirib ki, başqa məhdudiyyət yoxdur, amma etiraf edib ki, banklara bununla bağıl müəyyən konvertasiya tövsiyələri də veribdir. «Başqa məhdudlaşdırmadan söhbət getmir, amma kimsə zinət əşyası gətirirsə, məntiqlə dərman və ərzaq daha vacibdir və biz banklara tövsiyə etmişik bunu öz konvertasiya siyasətində nəzərə alsınlar» .