Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək. FED.az-ın məlumatına görə, Blumberq ticarət sistemində keçiriləcək hərracda 350 milyon manatlıq depozitin cəlb olunması nəzərdə tutulur.
Depozitlər əvvəlki kimi 28 günlüyə deyil, 14 günlüyə cəlb olunacaq, AMB-nin təklif etdiyi gəlirlilik 8,01% – 9,99% arasındadır.