Azərbaycan Mərkəzi Bankı koronavirus pandemiyası ilə bağlı olaraq kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydasına dəyişiklik edib.
Bakı İcra Hakimiyyəti - Bankın Pulunu Vermir
FED.az xəbər verir ki, söhbət koronavirusun təsiri ilə yaranan vəziyyət və pandemiya dövrü üçün ehtiyac yaranan məhsullarla bağlı kreditlərin təhlükəsizliyinə tələblərin yumşaldılmasından gedir.
Həmin Qayda 2020-ci ilin aprelin 24-də qəbul edilmişdi. İndi isə AMB-nin İdarə Heyətinin 31 mart saylı qərarı ilə bu qərarına müddəti və burada bəzi güzəştlərin müddəti dəyişdirilib.
Həmni qərara əsasən 2020-ci il 24 aprel tarixli Qərarla təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər edilməsi barədə qərrada deyilir ki, qərarın 3.1 bəndində biznes kreditləri sözündən sonra “01 aprel 2021-ci il tarixinədək” sözləri əlavə edilsin.
Həmin bənd belədir:
3.1. Tibbi ləvazimat və avadanlıqların istehsalçılarına verilən və təyinatı üzrə istifadə olunması sənədlərlə təsdiq edilmiş milli valyutada biznes kreditləri 01 aprel 2021-ci il tarixinədək 20 (iyirmi) faizli (0.2 əmsallı) risk qrupuna aid edilir.
Yəni bu bənddə nəzərdə tutulan güzəştin müddəti məhdudlaşdırılıb və bu ilin aprelin 1-dən sonra qüvədən düşür.
Bununla yanaşı, həmin qərarın 4-cü və 5-ci hissələrində və 6.1-ci bənddə “01 aprel 2021-ci il” sözləri “01 iyul 2021-ci il” sözləri ilə əvəz edilib.
Həmin hissələr banklarda kapitalın adekvatlıq əmsalına və dividend ödənişinə aiddir.
4. Kapitalın adekvatlıq əmsalı və onun hesablanması
4.1. Sistem əhəmiyyətli banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 iyul 2021-ci il tarixinədək 11 (on bir) faizdən az ola bilməz. [5]
4.2. Sistem əhəmiyyətli banklar istisna olmaqla, digər banklar üzrə məcmu kapitalın adekvatlıq əmsalı 01 iyul 2021-ci il tarixinədək 9 (doqquz) faizdən az ola bilməz.
4.3. 01 iyul 2021-ci il tarixinədək kontr-tsiklik kapital buferi 0 (sıfır) faiz müəyyən edilir.
4.4. I dərəcəli kapitalın və məcmu kapitalın adekvatlıq əmsallarının hesablanması zamanı bazar və əməliyyat riskləri bu Qayda qüvvəyə mindiyi gündən 01 iyul 2021-ci il tarixinədək nəzərə alınmır.
5. Dividend ödənişi
Bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişləri 01 iyul 2021-ci il tarixinədək təxirə salınmalıdır.
6.1. Bu Qayda 01 iyul 2021-ci il tarixinədək qüvvədədir.