Azərbaycan Mərkəzi Bankı inflyasiya hədəfi açıqlayıb.
FED.az xəbər verir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında qeyd edilir ki, növbəti ildə pul siyasətinin son hədəfi inflyasiyanın 4% (+-2%) səviyyəsində saxlanmaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaqdır.