Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.
AMB-dən FED.az-a verilən məlumata görə, bu gün keçirilmiş hərracda tələb 355,7 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 13,89% təşkil edib.
Bununla da depozit hərracında tələb təklifi 1,2 dəfə üstələyib.
Qeyd edək ki, bugünkü depozit hərracında 300 mln. manat vəsaitin cəlbi nəzərdə tutulmuşdu.