Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 2-də depozit hərracı keçirəcək.
AMB-dən FED.az-a bildirilib ki, sözügedən hərracda 14 gün müddətinə 200 mln. manat cəlb etmək nəzərdə tutulur.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 10,01%-14,99% təşkil edir.
Hərracın tarixi: 02 oktyabr 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: hibrid hərrac;
Məbləğ: 200 000 000 (iki yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 10,01% – 14,99%.