Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən FED.az-a verilən məlumata görə, martın 31-də keçiriləcək depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gün təşkil edir.
Hərracın tarixi: 31 mart 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: dolayı hərrac;
Məbləğ: 200 000 000 (iki yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 12,01%-14,99%.