6 mart tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.
FED.az xəbər verir ki, AMB bu dəfə hərracda 150 milyon manat vəsait cəlb etməyi planlaşdırır. Blumberq ticarət platformasında keçirilən hərracın faiz dərəcələri 12,01%-14,99% təşkil edir.
Hərracın tarixi: 6 mart 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: dolayı hərrac;
Məbləğ: 150 000 000 (yüz əlli milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 12,01%-14,99%.