Mərkəzi Bankı iyulun 29-da depozit hərracı keçirəcək. Bu barədə fins.az-a Mərkəzi Bankdan məlumat verilib.
"Mərkəzi Bank iyulun 29-da keçirəcəyi depozit hərracında 14 gün müddətinə 100 mln. manat cəlb etməyi nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
Cəlb olunan vəsaitlər üzrə faiz dərəcəsi 6,26%-8,24% təşkil edir.
AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.