Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
AMB-dən FED.az-a verilən məlumata görə, aprelin 3-də keçiriləcək depozit hərracında 100 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gün təşkil edir.
Hərracın tarixi: 03 aprel 2017-ci il;
Hərracın keçirilmə vaxtı: 11:00-11:15;
Platforma: Blumberq ticarət sistemi;
Hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı: 10:00;
Hərracın forması: dolayı hərrac;
Məbləğ: 100 000 000 (yüz milyon) manat;
Müddət: 14 gün;
Faiz dərəcəsi: 12,01%-14,99%;