Azərbaycan Mərkəzi Bankının idarə heyətinə yeni üzvlər təyin ediləcək.
FED.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin mayın 31-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Parlamentin gündəliyinə edilən dəyişikliyə əsasən «Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi də gündəliyə əlavə edilib.
Xatırladaq ki, apralin sonunda Mərkəzi Bankın iderə heyətinin sədri dəyişib – Elman Rüstəmovu Taleh Kazımov əvəz edib.
İndi isə növbə idarə heyətin üzvlərinə çatıb.
Hazırda Mərkəzi Bankın rəhbərliyi belədir:
Taleh Tahir oğlu Kazımov - Mərkəzi Bankın sədri
Alim Səlim oğlu Quliyev - Mərkəzi Bankın sədrinin birinci müavini
Vadim Ələddin oğlu Xubanov - Mərkəzi Bankın sədrinin müavini
Aftandil Qasım oğlu Babayev - Mərkəzi Bankın sədrinin müavini
İdarə Heyətinin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb. Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.