"Bakı Fond Birjası" QSC-də "Rabitəbank" ASC-nin səhmlərinin alqı-satqısı üzrə insayder əqdi bağlanılıb.
FED.az-ın məlumatına görə, Maliyyə Bazarlarına Nəzarət Palatası yanında Məlumatların Elektron Açıqlamasına Sistemində bildirilir ki, əqd Bankın hər birinin nominal dəyəri 20,29 manat olan 529 217 ədəd səhminin (10 737 812,93 manatlıq) realizə edilməsini nəzərdə tutur.
"Azfinance İnvestisiya Şirkəti" QSC-nin vasitəçiliyi ilə baş tutan sövdələşmə nəticəsində səhmləri "Rabitəbank"ın 30%-lik səhmdarı ("Meqa Sığorta" ASC-nin 19%-lik səhmdarı) Rauf Əliyev əldə edib. Bununla da, onun Bankın nizamnamə kapitalındakı payı 41 127 830 manata (2,027 milyon ədəd səhmə) və yaxud 40,6%-ə çatıb.
Eləcə də bax: “Atəşgah” sığorta pul yatırmağa sahə axtarır
Eləcə də bax: Banklar bu sektordan niyə çəkinir? - MƏQALƏ