Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu deyilən Bank BTB-nin satışa çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatda bankın artıq satılmaq üzrə olduğu və qiymət məsələsinin Ramiz Mehdiyevlə razılaşdırılacağı bildirilib.
Azərbaycanda zərərlə işləyən yeganə bank – «BTB Bank» NƏTİCƏLƏRİNİ AÇIQLADI
FED.az xəbər verir ki, R.Mehdiyev açıqlamasında bankın onlara aid olduğunu təsdiq edib.
“Mənim bankım yoxdur. Oğlumun adınadır, o da idarə edir. Bu da indinin məsələsi deyil”.
PA-nın keçmiş rəhbəri “Oğlunuz general Teymur Mehdiyevin adınadır bank?” sualını belə cavablandırıb:
“Yox, Teymurun adına deyil. Deyəsən, yoldaşının adınadır. Bank satılmayıb, satışda da deyil. Bu məlumatlar yalandır. Belə yalan məlumatlar hardan çıxır bilmirəm”. ( Maset.az)