“Bank of Baku”nun maliyyə göstəriciləri məlum olub.
FED.az xəbər ki, bankın aktivləri cari ilin 9 ayında 298 milyon 131 min manat təşkil edib. Bu 2018-ci ilin sonu ilə müqayisədə 1 milyon 940 min manat və ya 0,64% azdır.
“Bank of Baku”nun öhdəlikləri ötən ilin yekunu ilə müqayisədə 33 milyon 582 min manat və ya 12,91% azalıb.
Eləcə də bax:Azərbaycanda bank rəhbərliyində – DƏYİŞİKLİKLƏR - ADLAR
Bankın kapitalı isə ötən ilin yekunu ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin sonunda “Bank of Baku”nun kapitalı 39 milyon 945 min manat idi. Lakin bu ilin 9 ayında bu göstərici 31 milyon 641 min manat və ya 79,21% artaraq 71 milyon 587 min manata çatıb.
Bununla da “Bank of Baku” banklar üçün qoyulan minimal kapital göstəricisini üstələyə bilib.
Ötən ilin yekunu ilə müqayisədə bankın müştərilərinə verdiyi kreditlər çox cüzi azalıb. Belə ki, ötən ilin yekununda bank müştərilərinə 319 milyon 266 min manat kredit verdiyi halda bu il bu göstərici 3 milyon 083 min manat və ya 0,96% azalaraq 316 milyon 182 min manat olub.
Bankın faiz gəlirləri 2018-ci ilin sonu ilə müqayisədə 647,92 min manat və ya 2,08% artıb. Faiz xərcləri isə 2 milyon 205 min manat və ya 20% azalıb.
Ötən ilin yekunu ilə müqayisədə bankın xalis faiz gəliri artaraq 22 milyon 865 min manat təşkil edib. Bu ötən ilin yekunu ilə müqayisədə 2 milyon 852 min manat və ya 14,25% çoxdur.
Bankın qeyri-faiz gəlirləri ötən ilin yekunu ilə müqayisədə 2,53 dəfə artaraq 6 milyon 338 min manat təşkil edib. Həmçinin bankın qeyri-fazi xərcləri də əhəmiyyətli dərəcədə artıb. Ötən ilin sonu ilə müqayisədə bankın faiz xərcləri 18 milyon 333 min manat və ya 39,73% artaraq 64 milyon 470 min manat təşkil edib.
Bankın hesabat dövründə əməliyyat zərəri 35 milyon 226 min manat təşkil edib. Bankın mənfəət vergisindən əvvəlki zərəri isə 40 milyon 730 min manat təşkil edib.“Bank of Baku” 8 milyon 453 min manat mənfəət vergisi ödədikdən sonra 32 milyon 276 min manat mənfəətə çıxıb. Bankın mənfəətə çıxmasına əsas səbəb mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan 75 milyon 996 min manatı geri çəkməsi olub.