«AFB Bank»2019-cu ilini birinci rübünə dair hesabatını açıqlayıb. FED.az bankın maliyyə göstəricilərinə istinadən, xəbər verir ki, bu ilin yanvar-mart aylarında «AFB Bank»ın faiz gəlirləri 7 357 min manat, faiz xərcləri 561 min manat təşkil edib.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 2 330 min manat, qeyri-faiz xərcləri isə 4 882 min manat olub.
Bankın hesabatından məlum olur ki, «AFB Bank» birinci rübü 2 138,6 min manat əməliyyat mənfəəti ilə başa vurub, hərçənd, bankın açıqladığı hesabatda rəqəmlərdə qeyri-dəqiqlik var.
Birinci rüb ərzində «AFB Bank» aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 028 mir manat ayırıb.
Nəticədə birinci rübdə bankın mənfəəti 110,65 min manat olub.
Xatırladaq ki, «AFB Bank» 2018-ci ilin 1-ci rübünü 5 milyon 191,2 min manat mənfəətlə başa vurmuşdu. Bankın illik mənfəəti isə 21 milyon 654 min manat olmuşdu.
Başqa sözlə, ötən ilin eyni dövrü ilə müqayisədə «AFB Bank»ın mənfəəti 46,94 dəfə azalıb.
Birinci rüb ərzində «AFB Bank»ın cəmi aktivləri 10,5% azalaraq 373 530,64 min manat təşkil edib. Bankın öhdəlikləri i13,5% azalaraq sə 285 480 min manat olub.
Birinci rübdə «AFB Bank»ın kapitalı 0,5% artaraq 88 050 min manat təşkil edib.
1-ci rüb ərzində Bankın kredit portfeli 6,5% artaraq 206 milyon 902 min manata, xalis kreditləri 7,2% artaraq 162 milyon 820 min manata yüksəlib.
«AFB Bank»ındepozit portfelində isə birinci rüb ərzində kəskin azalma var. Belə ki, ilk 3 ayda bankın depozitləri 20,2% azalaraq 161 milyon 069 min manata düşüb.
Mənfəəti 50 dəfəyə yaxın – AZALIB – HESABAT
20:18
22 Aprel 2019