Dünən istefası xəbəri yayılan Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün faiz dəhlizinin parametrlərinin ictimaiyyətə açıqlanmasına həsr olunmuş mətbuat konfransında iştirak edib.
FED.az xəbər verir ki, qrafikə uyğun olaraq Mərkəzi Bankın İdarə Heyəti faiz dəhlizinin parametrləri haqqında növbəti dəfə qərar qəbul edib. Qərarın ictimaiyyətə açıqlanmasına həsr olunmuş mətbuat konfransı keçirilib.
Eləcə də bax:Elman Rüstəmovun istefa verməsi - XƏBƏRİ YAYILDI
"Mən sizin qarşısında Mərkəzi Bankın sədri kimi çıxış edirəm, öz postumdayam. Media nümayəndələrindən xahiş edirəm ki, məlumatı rəsmi mənbələrə istinadən yaysınlar", - deyə Elman Rüstəmov bildirib.