FED.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Komunikasiya mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Dövlət Televiziyasında çıxışı zamanı bildirib ki, Fərmanın ikinci hissəsi qeyd etdiyimiz kimi 360 gündən çox gecikmədə olan kreditlərin restrukziyası ilə bağlıdır və bu hissəyə 400 mindən çox adam aiddir. Çünki 10 min dollara qədər və gecikmədə bir ildən artıq olan kreditlər ümumi kredit portfelinin 92%-ni təşkil edir 17 min manata qədər və gecikməsi bir ildən artıq olan kreditlər isə ümumi manat portfelinin 99% təşkil edir. Bu kifayət qədər geniş əhatəli dairədir. Fərmanın bu ikinci hissəsi bütün kredit gecikiəndən sonra tətbiq olunmuş dəbbə pulu, sanksiyalar, cərimələr, faizlər dərhal silinəcək. İkincisi məhkəmələrdə olan işlər geri qaytaralacaq bu təxminən 311 min işdən söhbət gedir. Eyni zamnada icrada olan işlər dayandırılacaq. Vətəndaş artıq bu qədər böyük güzəşt əldə etdikdən sonra komersiya bankı ilə yeni kredit müqaviləsi bağlayacaq ki, yeni kredit müqaviləsinin ilk bir ili güzəştlidir qalan 4 il müddətində krediti geri qaytarmalıdır və kreditin faizi 1 faizdir. Bu da kifayət qədər indiki halda güzəştli kreditdir. Gördüyünüz kimi hər iki qrup həm devalvasiyadan zərər çəkmiş həm gecikmədə olan şəxslər fərmandan yararlanmış olurlar - deyə Vüsal Qasımlı bildirib.
Məhkəmələrdə olan 311 min iş geri qaytarılacaq - PROBLEMLİ KREDİTLƏR
22:53
4 Mart 2019