“Bu fərmanın təsir obyektinə düşən vətəndaşlarımızın həm borc yükünə, həm də sayına baxsaq, qeyd olunan 10 min dollara və 17 min manata qədər 360 gündən çox vaxtı ötmüş borclarının toplam məbləği təqribən 900 milyon manata yaxındır. Yəni 900 milyon manata yaxın borc yükünü üzərində 750 milyon manata yaxın faiz yükü var”.
FED.az xəbər verir ki, bunu prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Natiq Əmirov dövlət televiziyasının efirinə deyib. O qeyd edib ki, toplam borc yükü 1 milyard 650 milyon manata yaxındır:
Eləcə də bax: Manatla krediti olan bu şəxslərə güzəşt ediləcək - Prezidentin köməkçisi açıqladı - VİDEO
“Yəni, 750 milyon manat cərimə faiz, dəbbə, cərimə pulu tamamilə silinmiş olur. Bu borc yükünün silinməsi nəticəsində həmin vətəndaşların məhkəmələrdə 616 milyon manat dəyərində 311 mindən çox işi var. Bu məhkəmələrin toplam işlərində xüsusi əhəmiyyətli dərəcədə xüsusi yük yaradan faktordur. İcra orqanlarının da ümumi yükünün azalmasına gətirib çıxarır. Eyni zamanda, 311 min insanın məhkəmələrdə davamlı olaraq onların müxtəlif təsirlərə məruz qalması, bəzilərinin əmlaklarının satılması yolu ilə əmək haqlarından tutulması digər məcburi qərarlarla hissə bu vətəndaşların vəsaitlərinin banklar tərəfindən qanunvericiliyə uyğun şəkildə silinməsi hıəmin vətəndaşların üzərində yük yaradırdı”.