2017-ci ildə Ali Məhkəmənin Mülki kollegiyasındabaxılan məhkəmə işlərinin 3-də biri bank sektoru ilə əlaqədardır.
FED.az xəbər verir ki, ötən il MK-nın icraatına 10 358 iş daxil olub ki, bu da 2016-cı ildə icraatda olmuş 7 662 mülki işdən 2 696 iş, yəni 35,2 % çoxdur.
Ötən il bu işlərin 9 047-si üzrə qərar qəbul edilib. İşlər aşağıdakı mövzulara aid olub:
- 921 (10,2%) iş ailə münasibətləri üzrə mübahisələrə dair;
- 284 (3,1%) iş əmək münasibətləri üzrə mübahisələrə dair işlər üzrə;
- 949 (10,5%) iş mənzil mübahisələri üzrə;
- 361 (4%) iş mülkiyyət hüququ ilə əlaqadar mübahisələri üzrə;
- 244 (2,7%) iş torpaq mübahisələri üzrə;
- 380 (4,2%) iş borc müqaviləsi üzrə mübahisələrə dair;
- 2.980 (32,9%) iş kredit müqaviləsi və bank əmanəti, bank hesabatı müqaviləsi üzrə;
- 128 (1,4%) iş sığorta müqaviləsi üzrə;
- 198 (2,2%) vərəsəlik hüququ ilə mübahisələr üzrə;
- 220 (2,4%) aliment alınması tələbləri üzrə;
- 2 382 (26,3%) qalan işlər.