Azərbaycanda bank kreditləri predmeti olan məhkəmə qərarlarının icrası zamanı icra ödənişinin azaldılması təklif edilir. FED.az xəbər verir ki, bu təklif Azərbaycan Banklar Assosiasiyasının (ABA) «İcra haqqında» qanuna təklif etdiyi dəyişikliklərdə əksini tapıb. Qanuna təklif olunan ən həssas dəyişikliklərdən biri 78-ci maddəyə aiddir.
Eləcə də bax: "Problemli kreditlərin qaytarılması mexanizmi hazırdır"
Həmin maddəyə təklif edilən dəyişikliyə əsasən, bankların təminatlı (ipoteka, girov, zaminlik və s.) borc tələbləri olan icra işləri üzrə icra məmuru borcludan tutulmalı pul məbləğinin 3 faizi həcmində, təminatsız borc tələbləri olan icra işləri üzrə isə icra məmuru borcludan tutulmalı pul məbləğinin 6 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Başqa sözlə, indiyədək istisnacız olaraq 7%-lə hesablanan icra ödənişi, kreditin xarakterindən asılı olaraq 3-6%-ə enə bilər.
Məhkəmə qərarlarının icra haqqı azaldılsın – BANKLARDAN TƏKLİF
14:33
14 Mart 2019